Türkiyə Rusiya qırıcısını vurub?
Britaniyanın “Express” saytı xəbər verir ki, bu barədə Suriyada çalışan bir neçə jurnalist sosial şəbəkələrdə yazıblar.
Bildirilir ki, Huraytan bölgəsində hərbi-hava əməliyyatı həyata keçirən Rusiya təyyarəsi Türkiyə səmasına keçdikdən sonra vurulub. Şahidlər havada partlayış gördüklərini iddia edirlər.
Rusiya və Türkiyə SQ-nə yönəldilən sorğu hələ cavablandırılmayıb.
Bəzi KİV-lər isə, vurulan "MİQ-29"-un Suriyaya məxsus ola biləcəyini istisna etmirlər: "Əlbəttə, əgər həqiqətən də vurulubsa".
Teqlər: