İŞİD Türkiyədəki terroru `toy-bayram` etdi

İŞİD Türkiyədəki terroru `toy-bayram` etdi
  11 Oktyabr 2015    Oxunub:2152
Ötən gün Ankarada həyata keçirilmiş terror aktından bir neçə saat sonra İŞİD-in twitter səhifəsində hər kəsi şoka salan mesaj paylaşılıb.
Musavat.com-un verdiyi məlumata görə, insanlıq adına utanc verən mesajda bunlar yazılıb: "Ankarada keçirilən mitinqdə bomba partladılması nəticəsində 40-a yaxın kafir kommunist ölüb, 100-ə yaxını yaralanıb. Bunu edənləri təbrik edirik. Allaha həmd olsun ki, Ankarada kommunistlərin mitinqində partlayış olub. Bir çox ölü və yaralı var. Allahım, ölülərinin sayını artır. Kommunistlər yallı gedərək "bu meydan qanlı meydan" şüarı səsləndiriblər və bu zaman bomba partlayıb. Barış istəyənlər bunlarmı? Qanda boğuldunuz, həmd olsun".


Teqlər:





Xəbər lenti