Mühafizəçi oğlunun prezident həyatı... - FOTOLAR

Mühafizəçi oğlunun prezident həyatı... - FOTOLAR
  07 Oktyabr 2015    Oxunub:18923
Bu gün Rusiya prezidenti Vladimir Putinin 63 yaşı tamam olur.
AzVision.az Femida.az- aistinadən xəbər verir ki, hər zaman olduğu kimi, Rusiya dövlət başçısı ad gününü bu dəfə də iş şəraitində qeyd edəcək və iş qrafikindən yayınmayacaq. Bu barədə açıqlamanı dövlət başçısının sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti hazırda Soçidədir. “Prezident orada köhnə tanışları ilə xokkey oynayacaq. O, bu idman növünü çox sevir.”

Bəs Vladimir Vladimiroviç Putin kimdir?. Vladimir Vladimiroviç Putin 1952- ci ildı 7 oktyabr tarixində Rusiyanın Leninqrad şəhərində anadan olub. O, xatirələrində ailəsini belə təsvir edir:



“Mən sadə ailədə doğulmuşam. Sadə həyat tərzi mənim ömrümün uzun illərini təşkil edib. Mən bu gün də o həyat tərzi ilə əlaqəmi kəsmirəm”.
Vladimir Putinin anası Maria İvanovna Shelomova çox yumşaq xeyirxah adam idi. Putin anasını belə təsvir edir:



“Anam çox sadə insan idi. Ona görə də, biz sadə həyat tərzi sürmüşük. Anam mətbəxti çox sevirdi. Yadıma gəlir, o bizə bayramlar da çox dadlı şirniyyatlar hazırlayırdı. Mən də bunu çox sevirdim”

Putinin atası Vladimir Putin Spiridonoviç 1911- ci ildə Sankt-Peterburqda anadan olub. O, müharibə iştirakçısı olub, sonralar zavodda mühafizəçi -usta kimi işləyib.

Putin atasını belə təsvir edir: “ Birinci vətən müharibəsi başlayan zaman Piterdə vəziyyət çox pis idi. Həmçinin aclıq hökm sürürdü. Ona görə, bizim ailəmiz ata-babalarımızın qədim məskəni olan Tver bölgəsinin Pominova köçdü. Yeri gəlmişkən həmin ev bu gün də qalır. Atamla anam məhz orada evlənib. Buna görə mən oranı çox sevirəm”
Putinin məktəb illəri də maraqlı keçib. O, 1960-1968- ci illərdə Sankt-Peterburqda 193 nömrəli səkkiz illik məktəbdə oxuyub. Sonra o 281 nömrəli orta məktəbdə təhsil alıb.1970- ci ildə həmin məktəbi bitirib.

Putinin dediklərinə görə, o məktəb illərində çox dəcəl olub. İlk vaxtlar oxumağa marağı olmasa da, lakin, çox güclü yaddaşı olub. Həmçinin onun uşaqlıq illərində idmana da xüsusi marağı olub. Ali təhsili…



O, 1970- ci ildə Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur. 1975-ci ildə universiteti bitirdikdən sonra SSRİ DTK-də xidmətə başlayıb. Onun uşaqlıqdan arzusu kəşfiyyatçı olmaq idi.



Vladimir Putin və həyat yoldaşı Lyudmila Şkrebneva təsadüfən tanış olub. Lyudmila Leninqradda daxili uçuşlar bir stüardessa kimi çalışıb. Onlar tanışlıqdan sonra 1983- cü ilin 28 iyulunda evlənib. Onların bu nikahdan 2 qızları var. 1985- ci il təvəllüdlü Mariya və 1986- cı il təvəllüdlü Katerina .Bu illərdə Putin Almaniyada çalışırdı. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləməyə başlayır. 1996- cı ildə ailəsi ilə birlikdə Moskvaya qayıdır və böyük siyasətə gəlir.



1997-ci ilin martında Putin Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsinə təyin olunur. İşinin çox olmasına baxmayaraq, 1997-ci ildə o, Sankt-Peterburq Dövlət İnstitutunda iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə edir.

1998-ci ilin mayında Putin artıq Rusiya Təhlükəsizlik Şurasının katibi, 1999-cu ilin martından o eyni zamanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru təyin edir və 1998-ci ildə Prezident Administrasiyasının rəhbərinin birinci müavini olur. 1999-cu ildə avqust ayında Vladimir Putin Rusiya Federasiyasının baş naziri oldu.



Bu vəzifəyə onu Rusiya prezidenti Boris Yeltsin təyin edir.

2000- ci ilin martın 26-da o ilk dəfə Rusiyanın prezidenti seçildi. Növbəti dövr üçün seçkilərin qalibi yenidən Putin olur. Sonrakı il seçkilərdə o baş nazir vəzifəsini icra edir. 2012- ci il seçkilərində Putin yenidən Rusiyanın prezidenti olur. Ekspertlər Putini dünyanın ən güclü siyasi liderlərindən hesab edirlər. Bunun bariz nümunəsidir ki, Rusiya bu gün dünyanın söz sahibi olan dövlətlərindən biridir.



Teqlər:  





Xəbər lenti