Almaniyada `bağça böhranı`
AzVision.az “Der Westen” qəzetinə istinadən bildirir ki, mübahisələr əvvəlcə Rur və Reyn ərazilərindəki yerləşən uşaq müəssisələrindən başlayıb. Tarif Şurasının çıxartdığı qaydalardan dolayı bölgədə uşağa baxma mərkəzlərinin bir müddət bağlı qalacağı deyilir. Uşaq bağçalarına nəzarət edən “Verdi” işəgötürmə şirkəti ilə tarif şurası arasında müəyyən kommunal problemlər də yaranıb ki, bu da nəticə etibarı ilə, daha dərin ziddiyyətlərə gətirib çıxarıb.
Uşağabaxma mərkəzinin nümayəndəsi Günter İsemeyer bildirib ki, “Avqust ayında tarif şurası ilə aramızda razılaşma baş tutmadı. Biz xərclərimizin 2%-dən 4,5%-ni sırf uşaq baxıçıları, tərbiyəçiləri və sosial istiqamətlərdə xərcləyirik. Bizdən tələb edirlər ki, bu xərclər 10%-ə qaldırılmalıdır”.
Tərəflər arasında baş verən müzakirələrdə Tarif Şurası heç bir endirimə getməyib. Bu da nəticə etibarilə həmin uşaq mərkəzlərin bağlanmasına səbəb olub.
Fərrux Həsənov
Teqlər: