BMT-nin eks-prezidenti rüşvətə görə tutuldu
Nyu-York prokurorluğunun irəli sürdüyü iddiada deyilir ki, C. Eş 500 min dollar qarşılığında Makaoda BMT-nin konfrans mərkəzinin inşası ilə bağlı sənədlər hazırlayıb və kompleksin tikintisini milyarder Nq Lap Senqanın şirkətinə bilərəkdən həvalə edib.
Budan başqa keçmiş prezident rüşvəti qanuni yolla əldə etməyin də yolunu tapıb. O, çinli milyonçundan pulları həyat yoldaşının vasitəsi ilə alırmış. Belə ki, C. Eş həyat yoldaşını çinli milyonçulara məxsus və ayda 2,5 min dollar maaşı olan qeyri-hökumət təşkilatlarından birində işə düzəldib.
Eş ətrafında olan nüfuzlu şəxslərdən istifadə edərək aldığı rüşvətlərin müqabilində Nyu-Yorkdakı evində basketbol meydançası qurub, çoxsaylı səyahətlərə çıxıb. Hazırda C.Eş prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Korrupsiya qalmaqalında Dominikan Respublikasının BMT-dəki səfirinin keçmiş müavini Fransis Lorentsonun, həmçinin Nyu-Yorkdakı qeyri-kommersiya qurumunun baş direktoru Şivey Yan və maliyyə direktoru Heydi Qonq Pyaonun da adı keçir.