Azərbaycanlı milyarder ölkədən qaçdı
AzVision.az -ın məlumatına görə, bu barədə sözü gedən ölkənin mətbuatında xəbərlər yayılıb. Qeyd olunub ki, adı 17 dekabr korrupsiya qalmaqalında hallanaraq həbs edilən və bir müddət sonra azadlığa buraxılan R. Zərrab Dubaya qaçıb.
R. Zərrabın ölkəni tərk etmə səbəbinin ailəsində baş verən münaqişələr olduğu bildirilir. Məşhur biznesmenin həyat yoldaşı Ebru Gündeşlə boşanacağı ilə bağlı iddialar da türk mətbuatın gündəmini zəbt edib.
AzVision.az