“İŞİD-çilər məscidlərdə gizlənir” – Rusiya Müdafiə Nazirliyi
“Bizdə olan məlumatlara əsasən terrorçular məscidlərdə gizlənir. Bizdə olan video materiallara görə, terrorçular onlara məxsus texnikaları məscidlərin ətrafında gizlədirlər”, - deyə nazir müavini bir sıra ölkələrin hərbi attaşeləri ilə görüşdən sonra vurğulayıb.
“Onlar bizim məscidlərə olan münasibətimizi, hörmətimizi yaxşı bilirlər. Biz heç vaxt, heç bir halda qeyri-hərbi obyektlərə aviazərbələr endirmərik”, - deyə Antonov qeyd edib.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Eldar Tanrıverdiyev
AzVision.az