Ərdoğan Putini hədələdi
“Bizim Rusiya ilə yaxşı münasibətlərimizin olduğu hamıya məlumdur. Lakin Rusiya onunla bir çox sahələrdə əməkdaşlıq edən Türkiyə kimi dostunu itirsə, çox şey itirəcək və Moskva bunu bilməlidir”, - deyə Ərdoğan bildirib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Rusiya qırıcıları tərəfindən Türkiyənin hava məkanının pozulması bütün NATO-nun maraqlarına toxunur.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bəyan edib ki, son üç gün ərzində Rusiya hərbi təyyarəsi ikinci dəfə bu ölkənin hava məkanını pozub.
Məlumata əsasən, məsələ ilə əlaqədar Rusiya səfiri yenidən ölkə XİN-nə çağırılaraq ondan izahat tələb olunub.
Qeyd edək ki, hadisə oktyabrın üçü Suriya ilə sərhəddə yerləşən Yaladağı şəhərində qeydə alınmışdı .Belə ki, Türkiyə HHQ məxsus iki “F-16” tipli təyyarə hava məkanında Rusiya qırıcısı aşkarlanmışdı. Bundan dərhal sonra Rusiya qırıcı Suriya istiqamətində Türkiyənin hava məkanını tərk etmişdi.
Türkiyə XİN-in rəsmi Moskvaya ünvanlandığı bəyanatında belə bir hallarının təkrarlanmamasına dair çağırış yer almışdı.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: