Ərdoğanın oğlu Türkiyədən qaçdı
Qəzet tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, həqiqətən də Bilal Ərdoğan Türkiyəni tərk edərək İtaliyaya gedib.
Bilal Ərdoğan 2007-ci ildə Con Hopkins Universitetinin Boloniya filialında doktorantura pilləsi üzrə təhsil alıb. Bəzi səbəblərə görə, o, universitetdəki təhsilini donduraraq Türkiyəyə qayıtmışdı. Boloniyaya qayıtdıqdan sonra isə Bilal Ərdoğan universitetdə təhsilini davam etdirib.
Qəzetin nəşr etdiyi məlumata əsasən, prezidentin oğlunun xahişi ilə İtaliya hakimiyyəti ona mühafizə ayırıb. Ehtimal var ki, ona İtaliyada 3-4 il yaşamaq üçün icazə verdilər. Məlumatda, həmçinin qeyd olunur ki, Bilal Ərdoğanın uşaqları artıq İtaliyada məktəbə də gedirlər.
Ərdoğanın oğlu 7 iyun Türkiyədə keçirilən parlament seçkilərindən sonra təhsilinin bərpa olunması nəticəsində ərizə yazıb. O, Boloniyada yaşasa da, yaşayış yeri kimi Modena şəhəri göstərilib.
Eldar Tanrıverdiyev
AzVision.az