Azərbaycan MDB-də ən rəqabətə davamlı ölkədir
AzVision.az xəbərinə görə, ötən il ilə müqayisədə Azərbaycan (2014-cü ildə 38-ci yeri tutub) iki pillə geriləyib.
Ümumilikdə, Dünya İqtisadi Forumunun reytinqdə 140 ölkə yer alıb.
Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında ən yüksək yeri tutub. Belə ki, Qazaxıstan 42-ci, Rusiya 45-ci, Gürcüstan 66-cı, Ukrayna 79-cu, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü yerdə qərarlaşıb.
Reytinqə İsveçrə başçılıq edir, ikinci və üçüncü yerləri Sinqapur və ABŞ tuturlar.
Eldar Tanrıverdiyev
AzVision.az