Türkiyə yenə şəhid verdi - 5 polis

Türkiyə yenə şəhid verdi - 5 polis
  30 Sentyabr 2015    Oxunub:1701
PKK terrorçuları sentyabrın 28-də və 29-da Türkiyə ərazisində daha bir neçə qanlı terror aktı törədib.
Türkiyə KİV-lərinin məlumatına görə, Adanada terrorçular silahlı hücum edərək iki polis əməkdaşını qətlə yetiriblər. Bundan başqa, PKK tərəfindən Batman-Kozluq avtomobil yolunda basdırılmış partlayıcının işə salınması nəticəsində bir polis nəfəri həlak olub, üçü polis olmaqla səkkiz nəfər yaralanıb. Yaralananlardan üçü azyaşlıdır.

Eyni metodla daha bir terror aktı Yüksekova-Şemdinli yolunda yerləşən Tuhi körpüsünün partladılması ilə törədilib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, bu terrorda iki əsgər şəhid olub, üçü yaralanıb. Bildirilir ki, iyunun 22-dən bəri hökumətin keçirdiyi antiterror əməliyyatları nəticəsində 1396 terrorçu məhv edilib.


Teqlər:





Xəbər lenti