Saakaşvili Azərbaycana böyük pullar vəd etdi

Saakaşvili Azərbaycana böyük pullar vəd etdi
  29 Sentyabr 2015    Oxunub:5471
Hazırda biz ticarət axınlarını Çindən Mərkəzi Asiyaya, Azərbaycan və Gürcüstana keçirilməsi üçün azərbaycanlılarla danışıqlar aparırıq. Sonra yük Odessaya oradan isə Rumıniyaya daşınacaq. Bu logistika işə düşən kimi böyük pullar axmağa başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Novoe vremya”ya müsahibəsində Ukraynanın Odessa vilayətinin rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.

“Bu yol Avropa İttifaqına qapıdır. Əvvəlcə onu təmir etmək lazımdır. Biz eyni zamanda beynəlxalq kreditorlarla razılaşmaq üçün yollar hazırlayırıq. Bizə Buxarest – Odessa avtobanı lazımdır”, - deyə Saakaşvili vurğulayıb.

Qeyd edək ki, Saakaşvili daha əvvəl Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili Asiyadan Avropaya daşınan yüklərin Rusiyadan yan keçərək daşınması üçün bərə keçidi və logistik mərkəzlərin tikintisi ilə bağlı planlarını açıqlamışdı.

Saakaşvili bildirib ki, Rusiyadan Avropaya yüklər 30 günə daşınır: “Azərbaycan və Gürcüstanın dəniz limanı Potidən Odessaya qədər yüklərin daşınması üçün cəmi 9 gün çəkə bilər. Bura biznesi gətirmək üçün yük daşımalarına tətbiq olunan tarifləri aşağı salmaq lazımdır. Tariflər yüksəkdir. İkincisi isə, bərə keçidləri, logistika mərkəzləri var”.

Gürcüstanın sabiq prezidenti vurğulayıb ki, Odessa böyük potensiala malikdir. Onun sözlərinə görə, artıq bərə keçidi və logistik mərkəzlərinin tikintisinə pul yatırmaq istəyən investorlarda var: “Planların reallaşdırılması üçün Odessa vilayətini korrupsiyadan təmizləmək lazımdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti