İranla Ərəbistan arasında gərginlik artır

İranla Ərəbistan arasında gərginlik artır
  29 Sentyabr 2015    Oxunub:2815
“4700-yə yaxın zəvvar Həcc ziyarəti zamanı həyatını itirib”.
AzVision.az xəbər verir ki, bunu Məkkədəki Mina vadisində sentyabrın 24-də baş verən faciə nəticəsində çoxsaylı zəvvarın ölümü ilə bağlı mətbuat konfransında çıxış edən İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi bildirib. O, qeyd edib ki, faciə ilə bağlı İranda üç günlük matəm elan edilib:

“Təəssüflər olsun ki, dünya mediası qurbanların dəqiq sayını gizlədir. Bu məlumatlar İranın Səudiyyə Ərəbistanındakı mənbələrinə əsaslanır. Hazırda 278 iranlı zəvvar izdihamda həyatını itirib, 240 nəfər xəsarət alıb. Həcc ziyarətinin təşkilatçıları olan Səudiyyə rəsmi nümayəndələri baş vermiş faciəyə görə məsuliyyət daşıyırlar. Bu ona gətirib çıxara bilər ki, gələcəkdə zəvvarlar öz həyatları üçün narahat olacaqlar”.

İbrahimi Səudiyyə Ərəbistanı hökumətini sərt tənqid edib:

“Səudiyyə orqanları həlak olan zəvvarların ölkələrinə verilməsindən imtina edir. İran öz vətəndaşlarının Məkkədə dəfn edilməsinə icazə vermir və İran nümayəndələrinə Minada baş vermiş hadisənin araşdırılması məqsədilə Səudiyyə Ərəbistanına səfər etmək üçün vizaların verilməsini tələb edir. Ayətullah Əli Xameneyi də vətəndaşları Həcc ziyarətinə yollanan ölkələrin nümayəndələrinin Səudiyyə Ərəbistanında müqəddəs yerləri ziyarət edən zəvvarların təhlükəsizliyinin təmin olunması prosesində iştirak etmələrini təklif edib”.


Teqlər:  





Xəbər lenti