Putin və Obama İŞİD-ə qarşı birləşir

Putin və Obama İŞİD-ə qarşı birləşir
  29 Sentyabr 2015    Oxunub:2487
Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Barak Obama Yaxın Şərqdə terrorizmə qarşı əməkdaşlığı davam etdirmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “Russia Today”-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, sonrakı müzakirələr müdafiə nazirləri sahəsində aparılacaq: “Hesab edirəm ki, prezident Obama Putinin deməli olduğunu eşidib”.

O, əlavə edib ki, prezidentlərin müzakirəsi olduqca konstruktiv olub, lakin hər hansı bir konkret addımlar razılaşdırılmayıb.
Rusiya XİN rəhbəri vurğulayıb ki, ABŞ-ın İŞİD-ə qarşı başçılıq etdiyi koalisiya beynəlxalq normalara uyğun deyil.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti