Dağıstan lideri Azərbaycanla əməkdaşlıqdan narazıdır

Dağıstan lideri Azərbaycanla əməkdaşlıqdan narazıdır
  29 Sentyabr 2015    Oxunub:2352
Dağıstan rəhbəri Ramzan Andulatipov hesab edir ki, Azərbaycanla sərhəd əməkdaşlığı çərçivəsində hələlik nəzərə çarpan nəticə yoxdur.
AzVision.az “RİA Dağıstan”a istinadən xəbər verir ki, bu barədə o, Dağıstan Xalq Yığıncağında çıxışı zamanı bildirib.

“Burada demək olar ki, heç nə edilmir. Azərbaycanın aktiv şəkildə inkişaf edən Respublika olmasına baxmayaraq onunla heç bir ortaq layihə yoxdur. Biz coğrafi mövqeyimiz və beş Respublika ilə qonşu olmağımızdan istifadə etmirik”, - deyə Dağıstan lideri vurğulayıb.

Eyni zamanda məlumatda vurğulanır ki, Rusiya prezidenti Vladimir Putin Dağıstan liderinin gələn ilin oktyabrında Xəzəryanı ölkələrin regionları arasında Xəzər forumunun keçirilməsinə dair ideyasını dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti