Sanksiyalar bizə müsbət təsir edir – Rusiya prezidenti
“Təbii ki, sanksiyalar zərər vurur. Lakin onlar Rusiya iqtisadiyyatının artım templərinin aşağı düşməsinin əsas səbəbkarı deyil. Bizim üçün əsas səbəb dünya bazarlarında ənənəvi ixrac məhsullarımız olan - neft, qaz və digər məhsulların qiymətinin aşağı düşməsidir”, - deyə Putin vurğulayıb.
Rusiya lideri qeyd edib ki, sanksiyalar prinsipial əhəmiyyətə malik deyil və hətta müəyyən dərəcədə ölkə iqtisadiyyatına müsbət təsir edir. Çünki onlar Rusiyanın özünün yüksək texnologiyalı iqtisadiyyatı, sənaye və elm sahəsinin inkişafını stimullaşdırır.
Prezident vurğulayıb ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyündən sonra yerli istehsalı dəstəkləmək olduqca çətin idi: “İndi isə sanksiyalar tətbiq olunandan sonra bizim tərəfdaşlar könüllü şəkildə bizim bazarımızdan getdilər. Bu isə bizə inkişaf üçün şərait yaradır”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: