Türkiyədən PKK-ya daha bir zərbə

Türkiyədən PKK-ya daha bir zərbə
  27 Sentyabr 2015    Oxunub:2563
Terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə qətiyyətli mübarizəyə başlayan Türkiyə hökuməti bu terrorçu təşkilatın maliyyə mənbələrini kəsməkdə davam edir.

“Sabah” qəzetinin məlumatına görə, PKK-nın əsas maliyyə mənbələrinin biri də siqaret qaçaqmalçılığıdır. Cari ilin doqquz ayında Türkiyə polisinin qaçaqmalçılığa qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə üzrə 80 milyon qutu siqaret ələ keçirilib.

Ümumilikdə ələ keçirilmiş təxminən 170 milyon ABŞ dolları məbləğini əhatə edən qaçaq siqaretin əsas hissəsi PKK-ya məxsus olub.


Teqlər:





Xəbər lenti