Məkkədə meyitləri zibil maşınında daşıyırlar - Dəhşətli görüntülər

Məkkədə meyitləri zibil maşınında daşıyırlar  - Dəhşətli görüntülər
  26 Sentyabr 2015    Oxunub:52831
Səudiyyə Ərəbistanında Həcc ziyarətində baş verən faciə zamanı ölənlərin cəsədləri yerdən qeyri-adi üsulla yığılıb.

AzVision.az xəbər verir ki, ərəb hökuməti ölən və yaralanan ziyarətçilərin təxliyəsi üçün 4 min həkim personalı, 220 təcili yardım maşını cəlb olunduğunu desə də yayılan fotolar bunun əksini göstərir.



Belə ki, görüntüdən bəlli olur ki, cəsədləri ağır texnikadan istifadə edərək yoldan təmizləyirlər. Hələ buda azmış kimi, işçilər cəsədləri üst-üstə toplayaraq zibil avtomobillərinə yığıb naməlum istiqamətə aparıb. Cəsədlərin bir qismi hələ də ərazidən təmizləmək mümkün olmayıb. Şəkillərdə bu faktları təsdiq edir.



Qeyd edək ki, Məkkədə Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 753 nəfərə çatıb. Hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir. Ölənlərin əsasən Afrika ölkələrindən gələn zəvvarlar olduğu açıqlanıb.


Teqlər:  





Xəbər lenti