İranda 3 gün matəm elan olundu
“Qeyri-mütəşəkkillik və səhv addımlar bu faciənin baş verməsi ilə nəticələndi”, - deyə Xamemei bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməlidir.
Xamenei, həmçinin Məkkədə həlak olan zəvvarlarla əlaqədar İranda üç günlük matəm elan edib.
Qeyd edək ki, hadisə nəticəsində 43 iranlı ölüb, 60 nəfər isə yaralanıb.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib. Yaranan izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb. Hadisə nəticəsində 805 zəvvarın xəsarət aldığı deyilir.
Eldar Tanrıverdiyev
AzVision.az