`Hücumlara son qoyun` - Uorlik çağırış etdi

`Hücumlara son qoyun` - Uorlik çağırış etdi
  25 Sentyabr 2015    Oxunub:2199
“Minsk Qrupunun həmsədrləri münaqişənin həlli ilə əlaqədar Azәrbaycan vә Ermәnistanın rәsmi şәxslәri ilə təmasdadırlar".
Bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, hәmsәdrlәr Azərbaycanın və Ermənistanın qoşunlarının təmas xəttində gərginliyi azaltmağa çalışırlar. Uorlikin sözlərinə görə, hәmsәdrlәr tәrәflәri hücum vә əks-hücumlara son qoymağa çağırır.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın vaxtlarda Nyu-Yorkda görüşəcəklər.


Teqlər:  





Xəbər lenti