Kral ailəsində intriqa: Kralı devirmək istəyirlər!

Kral ailəsində intriqa: Kralı devirmək istəyirlər!
  24 Sentyabr 2015    Oxunub:4338
Səudiyyə Ərəbistanında Kral Salman Bin Əbdüləzizin nəvəsi tərəfindən yazıldığı irəli sürülən və "Kral Salman istefa verməzsə, Krallığımızmız dağılacaq!" xəbərdarlığı yazılan bir məktubun kral ailəsi üzvləri arasında gəzdiyi iddia olunub.

AzVision.az-ın Sputnik-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Kral ailə üzvləri arasında əldən ələ gəzən məktubda, Kral Salmanın Suriya və Yəməndə nəticələri yaxşı hesablanmayan addımlar atmaqla tənqid edilir. Bunun ölkədəki iqtisadi vəziyyəti ağırlaşdırdığı və neft qiymətlərinin kəskin şəkildə düşməsinə səbəb olduğu qeyd edilir.

Məktubda, Səudiyyə monarxiyasının bu səbəblərə görə dağılmasının qarşısını almaq üçün Kral Salmanın devrilməsinin və vəliəhdi şahzadə Məhəmməd Bin Naifin bu məqamı əlindən alınmasının vacibliyi qeyd olunur.

"İraqdakı məğlubiyyəti, Suriya və Yəməndə müharibə kimi təhlükəli nəticələri tamamilə nəzərə almadan hərbi əməliyyatlarda necə iştirak edə bildik? Siyasi və iqtisadi vəziyyətin sürətlə pisləşməsinə bağlı olaraq, mövcud mənzərəni müzakirə etmək və ölkəni xilas etmək üçün lazım olan hər şeyi əsirgəməmək üçün Kral Salmanın bütün övladlarını növbədənkənar iclasa dəvət edirik. Bacarıqsız Kral Salman, israfcıl vəliəhd şahzadə Məhəmməd Bin Naif və oğru vəliəhd şahzadə Məhəmməd Bin Salman hakimiyyətdən dərhal uzaqlaşdırılmalıdır".

Məktubun diqqətlə dövriyyəyə buraxıldığı qeyd olunur. Belə ki, kral ailə üzvlərinin kəşfiyyat nəzarəti altında olması səbəbiylə, mobil ünsiyyətin risksiz və etibarlı yollarına üstünlük verildiyi də irəli sürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti