Ölən zəvvarların çoxu afrikalılardır

Ölən zəvvarların çoxu afrikalılardır
  24 Sentyabr 2015    Oxunub:2702
Bu gün Məkkədə baş verən izdihamda ölənlərin əksəriyyəti Afrika ölkələrinin vətəndaşlarıdır.
Bu barədə Türkiyənin TRT Haber telekanalının məlumatında bildirilir. İlkin məlumatlara görə, yaralılar arasında 10 Türkiyə vətəndaşı var.

Telekanalın məlumatında qeyd olunur ki, zəvvarların çoxu hündürülüyü 6 metr olan körpüdən yıxılma nəticəsində ölüblər.

Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov "Trend"ə bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.

M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.


Teqlər:





Xəbər lenti