Ermənilər Sarkisyana etibar etmir
Korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması, iqtisadiyyatın iflic vəziyyətə düşməsinə səbəb olan amillərin sayı gündən-günə artır.
“Joxovurd” qəzetində bununla bağlı dərc edilən məqalədə Beynəlxalq İnkişaf Naminə Amerika Agentliyinin vergi araşdırması da əksini tapır. Bildirilir ki, Qafqaz Resurslar Mərkəzi vergi ödəyiciləri arasında rəy sorğusu keçirib. Məlum olub ki, respondentlərin 60 faizi ölkə prezidentinə etibar etmir. Sorğunun nəticələrinə görə, toplanan verginin əksəriyyəti korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilir. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını bildiriblər. İqtisadçı Vaaqi Xaçaturyan qeyd edib ki, Ermənistan hakimiyyəti bütün müəssisələr üçün vergi ilə bağlı eyni şərait yaradılması barədə dəfələrlə səsləndirdiyi vədə ciddi yanaşmır. Hətta Ermənistan prezidentinin qardaşı Aleksandr Sarkisyanın iş adamlarından gəlirlərin yarısını aldığı bildirilir.
Teqlər: