Məktəb direktoru rüşvət alarkən yaxalandı

Məktəb direktoru rüşvət alarkən yaxalandı
  24 Sentyabr 2015    Oxunub:5161
Gürcüstanın Kvemo-Kartli bölgəsində azərbaycanlı məktəb direktoru rüşvət almaq ittiham ilə saxlanılıb.

Gürcüstan KİV-ləri xəbər verir ki, Bolnisi rayonunu Kvemo kənd 1 saylı məktəbinin direktoru Zakir M. Gürcüstan Antikorrupsiaya Agentliyinin əməkdaşları tərəfindən yaxalanıb.

İstintaqın məlumatına görə, Zakir M. cəmi 5 sinif oxumuş vətəndaşa 9-cu sinifi bitirdiyini göstərən attestat hazırlamağa söz verib və xidməti qarşılğında 500 dollar istəyib. Pulun 250 dollarını öncədən götürən direktor saxlanılıb.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə cinayət işi açılıb. Rüşvət faktı sübut olunarsa, Zakir M.-ni 6 ildən 9 ilə qədər məhbəs həyatı gözləyir.


Teqlər:  





Xəbər lenti