Yeni soyuq müharibədə maraqlı deyilik - NATO
“Yeni soyuq müharibə heç kimə sərf etmir. Biz onun başlanmasına çalışmırıq. Biz Rusiya ilə əməkdaşlığa nail olmaq üçün işləməyə davam edirik. Bu həm bizim, həm də Rusiyanın maraqlarındadır”, - deyə Stoltenberq vurğulayıb.
NATO baş katibi bildirib ki, Ukraynada baş verənlər Qərb tərəfindən Rusiyaya olan inamı azaltdı: “Ukraynanın şərqində böhranı həll etməyin yeganə yolu Minskdə imzalanan sülh razılaşmalarına əməl etməkdir.
Suriyadakı vəziyyətə toxunan Norveç hökumətinin sabiq rəhbəri bəyan edib ki, NATO bu bölgədə Rusiya hərbçilərinin saytının əhəmiyyətli dərəcədə artığını müşahidə edir və bununla əlaqədar ABŞ və Rusiyanın əlaqələr yaratması olduqca əhəmiyyətlidir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: