Rusiyada azərbaycanlı İŞİD-çi həbs olundu – VİDEO

Rusiyada azərbaycanlı İŞİD-çi həbs olundu – VİDEO
  23 Sentyabr 2015    Oxunub:4999
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krasnoyarsk regional idarəsinin əməkdaşları ekstremisti saxlayıblar.
AzVision.az Rusiyanın "Yenisey TV” telekanalına istinadən xəbər verir ki, 19 yaşlı azərbaycanlı sosial şəbəkələr vasitəsilə ictimai qaydada terrorizmi dəstəkləyib.

İstintaq-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkədəki səhifəsində açıq şəkildə insanların edam olunması video görüntülərini paylaşıb.

Videom görüntülər paylaşmaqla yanaşı o, insanların qətlə yetirilməsi və terror aktlarının törədilməsinə dair çağırışlar, şərhlər də yazıb.
Saxlanılan azərbaycanlıya qarşı iki cinayət işi qaldırılıb.

Məlumatda, həmçinin bildirilir ki, o, günahını etiraf edir, aktiv şəkildə istintaqa yardım edir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti