`Vəziyyət çətindir` - Putindən böhran anonsu

`Vəziyyət çətindir` -  Putindən böhran anonsu
  23 Sentyabr 2015    Oxunub:2725
“Ölkədə iqtisadi vəziyyət çətindir, amma kritik deyil”.
Bunu sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin hökumət rəsmilərinin iştirakı ilə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsində deyib.

O qeyd edib ki, 2016-cı ildə büdcə kəsiri daxili məhsulun 3 faizindən çox olmamalıdır.

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin düşməsi və Ukrayna münaqişəsinə görə Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2015-ci ildə Rusiyada 3,4 faiz iqtisadi geriləmə olacaq.


Teqlər:  





Xəbər lenti