Türkiyədə iki nazir istefa verdi

Türkiyədə iki nazir istefa verdi
  23 Sentyabr 2015    Oxunub:1755
Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) müvəqqəti hökumətdə (seçki hökuməti) təmsil olunan iki naziri istefa verib.
AzVision.az xəbər verir ki, onlar Avropa İttifaqı işləri üzrə nazir Haydar Konca və və inkişaf naziri Müslim Doğandır.

“Hakim partiya (Ədalət və İnkişaf partiyası - AKP) və prezidentin siyasəti bizi türk-kürd münaqişəsinin qanlı illərinə qaytardı. Onların narazılığı səbəbindən seçkilərin nəticələri ləğv edildi və koalisiya hökümətinin yaradılması barədə danışıqlar dayandırıldı. Bu səbəblərdən biz Nazirlər Kabinetindəki işimizi dayandırırıq”,-deyə sabiq nazirlərin bəyanatında bildirilib.

Baş nazir Əhməd Davudoğlu nazirlərin istefa ərizisini qəbul edib.

Qeyd edək ki, hər iki sabiq nazir Xalqların Demokratik Partiyasını təmsil edirdi. Onlar avqustun əvvəlində təşkil edilən müvəqqəti hökumətdə nazir vəzifəsinə təyin edilmişdilər.



Teqlər:  





Xəbər lenti