Ukrayna jurnalistlərə qarşı qadağanı ləğv etdi

Ukrayna jurnalistlərə qarşı qadağanı ləğv etdi
  22 Sentyabr 2015    Oxunub:1662
Ukrayna bəzi Qərb jurnalistlərinə qarşı tədbiq etdiyi qadağanı aradan götürüb. Ümumi olaraq 41 nəfərədək jurnalist və bloqqerin adının sanksiya siyahısında olduğu deyilirdi, lakin bəzi qərbli jurnalistlərin adları siyahıdan çıxarılıb.

Adları qara siyahıdan çıxırılmış bəzi jurnalist və bloqqerlər arasında Rusiyanın Qərbi Avropadan olan kolleqaları, eləcə də casusluq fəaliyyətində ittiham olunan 2 ispan, 1 alman və 3 britaniyalı müxbirin adları da Ukrayna hökuməti tərəfindən qadağan edilmiş sihayıdan silinib.

Rusiya isə məsələyə cavab olaraq bildirib ki, bu cür sanksiyaların tətbiqi fikir azadlığının aşkar pozulması və medianın sərbəst fəaliyyətinə qarşı ciddi əngəllərin yaradılmasıdır. ATƏT də açıqlamasında tədbiq olunmuş əvvəlki qərarı azad mediaya basqı adlandırmışdı.

Bundan əvvəl isə Britaniyanın Ukraynadakı səfiri şəxsən prezident Petro Poroşenkodan adları qara siyahıda olan 3 nəfər “BBC” juralistinin siyahıdan çıxarılmasını xahiş etmişdir.

Qeyd edək ki, Ukrayna tərəfindən müxtəlif sahədə çalışan 400 nəfərdək insanların adları qara siyahıya salınıb. Bu şəxslər arasında 105 nəfəri isə şirkət və təşkilat təmsilçiləridir.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti