Ermənistanda prezidentin səlahiyyətləri əlindən alınır
Onun sözlərinə görə, səsvermə parlamentin növbəti 4 günlük (5-8 oktyabr) iclası zamanı keçiriləcək.
Buna qədər isə komissiyanın növbəti iclası keçiriləcək. Bu iclas zamanı deputatlar yenidən öz təkliflərini irəli sürə biləcəklər.
Yeni Konstitusiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq.
Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq.
Qeyd edək ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə istefa verə və Ermənistan Respublika Partiyasının siyahısının başçılıq edən şəxs olaraq qalib gələrsə, baş nazir kimi fəaliyyətini davam etdirə bilər.
Eldar Tanrıverdiyev
AzVision.az