Türkiyədə daha bir terror - 13 əsgər yaralandı

Türkiyədə daha bir terror - 13 əsgər yaralandı
  22 Sentyabr 2015    Oxunub:1536
Türkiyənin Van vilayətində növbəti terror aktı törədilib.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 23.30 radələrində Başkale-Hakkari yolunun 10-cu kilometrliyində baş verib.

PKK terrorçuları əvvəlcədən basdırdıqları əldə qayırma partlayıcı qurğuları zirehli avtomobillər yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 13 hərbçi yaralanıb.

Yaralı əsgərlər hadisə yerinə gələn təcili yardım maşınları ilə Başkale Dövlət Xəstəxanasına aparılıblar. İlkin yardım göstərildikdən sonra hərbçilər helikopterlə Yüzüncü İl Universiteti (YYÜ) Dursun Odabaşı Tibb Mərkəzinə göndəriliblər.

Terrorçuları zərərsizləşdirmək məqsədi ilə ərazidə genişmiqyaslı əməliyyat başlayıb.


Teqlər:





Xəbər lenti