Eyfel qülləsi bağlandı

Eyfel qülləsi bağlandı
  21 Sentyabr 2015    Oxunub:3363
Bazar günü səhər saatlarında Parijdə Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.
Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, buna səbəb qeyri-qanuni keçidə cəhd göstərilməsi olub. Qüllənin nə vaxt ziyarət açılacağı barədə məlumat verilmir.

Eyfel qülləsi - Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.


Teqlər:





Xəbər lenti