Almaniyada qaçqın düşərgəsi yandırıldı

Almaniyada qaçqın düşərgəsi yandırıldı
  21 Sentyabr 2015    Oxunub:2927
Almaniyada növbəti dəfə qaçqınlar üçün sığınacaq yandırılıb. Bu barədə “Bild” məlumat yayıb.

Yanğın zamanı binada heç kəs yaşamayıb, belə ki, sığınacaq hələ istifadəyə tam hazır olmayıb.

Polisin məlumatına əsasən, yanğının qəsdən törədilməsi barədə artıq sübutlar tapılıb.

Yanğın binaya ciddi ziyan vurub və qaçqınların həmin sığınacaqda yerləşdirilməsi sual altındadır.

Hazıda polis günahkarları axtarır. (Oxu.az)


Teqlər:  





Xəbər lenti