100-ə yaxın PKK-çı məhv edildi
Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin F-16 və F-4 2020 döyüş təyyarələrinin sentyabrın 15-də İraqın şimalındakı Sinat-Haftanin bölgəsində PKK mövqelərinə həyata keçirdiyi əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi mağara, ağac altı çadırlar, xüsusi qorunan sığınacaqlar, silah-sursat anbarları və yerüstü sığınacaqlar vurulub. Əməliyyat nəticəsində ilkin hesablamalara görə, azı 55-60 terrorçu öldürülüb.
Daha bir əməliyyat isə Tunceli vilayətinin Ovacık bölgəsində baş tutub. “Şəhid polis Aydın Nazillioğlu” adlı əməliyyat zamanı 30-35 PKK terrorçusu məhv edilib (APA).
Teqlər: