Azərbaycana gələn şeyxin oğlu öldü - Fotolar

Azərbaycana gələn şeyxin oğlu öldü - Fotolar
  19 Sentyabr 2015    Oxunub:29913
Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi bu gün səhər dünyasını dəyişib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Rəşid bin Məhəmməd Əl Maktoumu ürək tutmasından ölüb.

Onun ölümü ilə bağlı Dubayda üç günlük matəm elan olunub.

Qeyd edək ki, Birləşmiş Krallığın hərbi akademiyasında təhsil alan şeyxin oğlu 2008-də ölkənin Olimpiya Komitəsinin prezidenti seçilib. Ölkənin məşhur idmançısı olan Rəşid bin Məhəmməd Əl Maktoumu “Doha 2006” Asiya Oyunlarında 2 qızıl medal qazanıb.

Şeyx Rəşid 5 il ard-arda ən seksual 20 ərəbdən biri seçilib və “Forbes”in 2010-cu ildə açıqladığı rəqəmlərə görə, onun sərvəti 1,9 milyard dollardır.

Xatırladaq ki, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktum və varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycanda səfərdə olub.

Qalereya




Teqlər:  





Xəbər lenti