‘Suriya probleminin Putinsiz həlli mümkün deyil’
“Der Spiegel” jurnalı yazır ki, partiya rəsmiləri Moskva ilə birgə siyasi koorparativ birliyin qurulması ideyası üzərində də düşünürlər.
“Xristian Sosialistləri Birliyi” partiyasının iqtisadiyyat naziri Gerd Müller də bildirib ki, “Biz bu məsələnin həllindən ötrü ABŞ, Avropa Birliyi və digər regional güclərlə birgə BMT formatında Rusiya ilə danışıqlara getməliyik”.
Jurnalı əlavə edir ki, mühacir böhranını qarşısın amaq üçün Brüssel və Berlin Türkiyə tərəfdən axını konsentrasiya etməlidir. Avropa Birliyi komssiyası artıq axışmaqda olan qaçqınlar üçün təhsil və məktəblər hazırlamağı qərara alıb. Bütün bu işlərin görülməsi üçün təqribən 17,5 milyon avro vəsaitin xərclənəcəyi gözlənilir.
Qeyd olunan xərclərlə yanaşı, digər sərf olunacaq vəsaitlər də bura əlavə olunsa, Avropanın daxilindəki miqrant böhranı Brüsseli əlavə tədbirlər görməyə sövq edəcək. Güman olunur ki, rəsmi Brüssel Türkiyədən gələn qaçqınları birbaşa Avstraliya və ABŞ-ya yola salmağı planlaşdırır.
Fərrux Həsənov
AzVision.az
Teqlər: