Ermənistanda hərbi komissar öldürüldü

Ermənistanda hərbi komissar öldürüldü
  19 Sentyabr 2015    Oxunub:3020
Ermənistanda hərbi komissar qətlə yetirilib.
AzVision.az xəbər verir ki, hadisə Ermənistanın Tavuş vilayətinin Berd şəhərində baş verib. Belə ki, 49 yaşlı hərbi komissar Derenik Papyan şəhərin Movses kəndində ov tüfəngi ilə güllələnib.

Hadisənin təfərrüatlarına gəlincə: Artur Mkrtçyan kəndin küçələrində “NİVA” markalı avtomobilini yüksək sürətlə idarə edib. Buna irad bildirən komissarla onun arasında mübahisə düşüb.Daha sonra mübahisə davaya çevrilib. Döyüldüyünü görən Artur Mkrtçyan evə qaçıb. Lakin sonradan döyüldüyünü həzm edə bilməyən Artur evdə olan tüfəngi götürərək komissarın yanına qayıdıb və ona iki dəfə atəş açıb. Derenik Papyan aldığı xəsarətdən elə hadisə yerində keçinib. Kənddən qaçan qatili polislər yolda tutub.

Artıq qətli törədən şəxs həbs edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti