‘Normand dördlüyü` Parisdə görüşəcək
AzVision.az Almaniyanın “Zeit Online” qəzetinə istinadən məlumat verir ki, müzakirələr zamanı hər 4 ölkə başçısının ümumi istəyi əsasında oktaybr ayında Parisdə prezidentlərin yenidən görüşünün təşkili üçün razılıq əldə olunub.
Telefon danışığı zamanı Rusiya tərəfi görüşün 2 oktabr tarixində reallaşması istəyini dilə gətirib. Ukrayna da öz növbəsində zirvə görüşünü, məhz oktyabr ayının əvvəlində keçirilməsinə razılaşıb.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, mütləq şəkildə Kiyev hökuməti ilə qiyamçı Donbass qüvvələri arasında birbaşa iki tərəfli dialoq qurulmalıdır.
ATƏT müşahidəçiləri isə münaqişə ilə əlaqədar tərəfləri atəşkəş razılaşmasının bəndlərinə əməl etməyə, eləcə də ağır, iri çaplı silahlardan istifidə etməməyə çağırıb.
Fərrux Həsənov
AzVision.az
Teqlər: