Rusiya Avropa Şurasında Azərbaycanı müdafiə etdi

Rusiya Avropa Şurasında Azərbaycanı müdafiə etdi
  18 Sentyabr 2015    Oxunub:5751
Rusiyalı senatorlar Avropa İttifaqını Azərbaycanla bərabərhüquqlu formatda dialoq aparmağa çağırıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının Varşavada keçirilən iclası zamanı Rusiya Federasiya Şurasının sosial siyasət üzrə komitəsinin rəhbəri Aleksandr Borisov və Şuranın büdcə və maliyyə bazarı üzrə komitənin üzvü İqor Şubin bildirib.

“İclas zamanı Azərbaycanda yerli səviyyədə demokratiya və insan hüquqları ilə bağlı kritik qiymətləndirmə ilə əlaqədar rusiyalı senatorlar onun mövqeyini diqqətlə nəzərə alaraq bu ölkə ilə konstruktiv dialoq aparmağa çağırıb”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu komitə yerli və regional səviyyədə demokratiyanın vəziyyəti, seçkilərdə müşahidənin aparılması, Avropa yerli özünüidarəetmə xartiyası üzrə götürülən öhdəliklərin icrası ilə bağlı məsələləri nəzərdən keçirir. Komitə Avropa Şurasına üzv 47 ölkənin hamısında monitorinqlər aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti