Avropa üçlüyü Azərbaycanı müzakirə etdi

Avropa üçlüyü Azərbaycanı müzakirə etdi
  17 Sentyabr 2015    Oxunub:3037
Ötən gün Avropa Şurası Parlament Assambleyasında qurumun sədri Ann Brassör, Avropa Parlamentinin prezidenti Martin Şultz və Avropa İttifaqının Genişləndirmə və Qonşuluq Siyasəti Komissarı Yohannes Han Azərbaycanla bağlı müzakirələr aparıb.

AzVision.az AŞPA-nın saytına istinadən xəbər verir ki, hər iki parlamentin siyasi liderlərini iştirak etdiyi görüş barədə danışan Ann Brassör bildirib ki, gündəlikdə duran əsas müzakirə mövzusu Avropada qaçqın böhranı olub:

“Lakin müzakirələrdə Ukrayna münaqişəsi, Rusiya ilə münasibətlər, Türkiyədə baş verən hadisələrlə bağlı narahatlıqlar və Azərbaycanla münasibətlərdə yaranmış problemlə bağlı danışıqlar aparıb”.

O, qeyd edib ki, ümumi həll yolunu tapmaq üçün müzakirələr və əməkdaşlığın davam etdirilməsi vacibdir: “Hökumətlər öz öhdəliklərinə əməl etməli və liderlik nümayiş etdirməlidirlər”.


Teqlər:  





Xəbər lenti