“Neftin qiyməti qalxacaq” – Azərbaycanlı milyarder

“Neftin qiyməti qalxacaq” – Azərbaycanlı milyarder
  14 Sentyabr 2015    Oxunub:3164
“Lukoyl” neft şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov 2016-cı ildə neftin bir barelə görə qiymətinin 50-55 dollar arasında dəyişəcəyini gözləyir.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Mən bu ilin noyabrında təsdiqləyəcəyimiz ortamüddətli proqrama inanıram. Qarşıdakı üç ili hədəfləyən (2016, 2017, 2018ci illər) bu proqramda neftin qiymətinin mərhələli şəkildə artacağı bildirilir. Ümumilikdə isə biz neftin 2016-cı ildə qiymətinin 50-55 dollar olacağını gözləyirik”, – deyə milyarder “Rusiya 24” telekanalına müsahibəsində bildirib.

Bu arada “Lukoyl” rəhbəri yaxın gələcəkdə neft qiymətlərinin 65-90 dollar olacağına əminliyini ifadə edib: “Əminəm ki, neft qiymətləri bizim investisiyaları saxlamağa imkan verəcək səviyyə qalxacaq. Bu bir barel neftə görə hardasa 65-90 dollar arasında qiymətdir. Bu biz Arktikada kəşfiyyat işləri aparmağa imkan verəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti