İrəvanda gərginlik - Xalq yenidən ayağa qalxır

İrəvanda gərginlik - Xalq yenidən ayağa qalxır
  10 Sentyabr 2015    Oxunub:2121
İrəvan meriyası “Qarətə yox” təşəbbüs qrupunun Bagramian prospektində aksiya keçirməsinə icazə verməyib.
Fəallar meriyanın cavabından asılı olmayaraq yürüş edəcəklərini və marşurutun cümə günü xalq tərəfindən müəyyən ediləcəyini bildiriblər.

Aksiyanın təşkilatçılardan olan Maksim Sargisyan erməni xalqının yenidən küçələrə çıxacağını və vətəndaş itaətsizliyinin bütün üsullarına əl atacağını bildirib.

Aksiyaçılar ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz olaraq keçirilir və yeni tariflərin ləğv olunması tələb edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti