İran XİN: "Təhlükəsizliyimizə qarşı təhdidlərə cavab verəcəyik"

      İran XİN:    "Təhlükəsizliyimizə qarşı təhdidlərə cavab verəcəyik"
  30 Sentyabr 2024    Oxunub:871
"İsrailin heç bir "cinayətkar əməli” cavabsız qalmayacaq; İranın milli təhlükəsizliyinə qarşı çıxan hər kəs, şübhəsiz ki, cavab alacaq".
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani mətbuata açıqlamasında dilə gətirib. O, Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullahın öldürülməsi barədə danışıb.

"Boş vədlər vermirik. Milli təhlükəsizliyimizi pozmaq niyyəti güdən təcavüzkarlara qarşı qətiyyətlə dayandığımızı praktikada həmişə göstərmişik", - sözçü vurğulayıb.
"Hizbullah"ın yeni lideri müəyyənləşib

Xatırladaq ki, 1994-cü ildən bəri təşkilatın lideri postunu tutan Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubunda yerləşən Zahiyə qəsəbəsindəki qərargaha aviazərbəsi nəticəsində həyatını itirib. Onu bu vəzifədə dayısı oğlu Haşim Səfiəddin əvəzləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti