HƏMAS-ın daha bir rəhbəri öldürülüb

   HƏMAS-ın daha bir rəhbəri öldürülüb
  30 Sentyabr 2024    Oxunub:880
(Fateh Şərif Əbu Əl-Amin - sağda)

Fələstinin HƏMAS terror təşkilatının Livan üzrə rəhbərlərindən biri Fateh Şərif Əbu Əl-Amin İsrail Hərbi Hava Qüvvələrinin aviazərbəsi nəticəsində ölüb.
Bu barədə təşkilat bəyanat yayıb. Bildirilir ki, aviazərbə Livanın cənubunda yerləşən fələstinli qaçqınların "Əl-Bəss" adlı düşərgəsinə, Əl-Aminin yaşadığı evə tuşlanıb.

Məlumata görə, terror başçısının bir çox ailə üzvü də hücum əsnasında həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: HƏMAS   lider   itki  





Xəbər lenti