Məsələn, "Joğovurd" nəşri yazıb ki, xeyli sayda valideyn övladının cəsəd qalıqlarını qəbul etmək istəmir.
“Müharibədən 4 il sonra morqlarda 88 nəfərin cəsəd qalıqları var. Bu əsgərlərin DNT-si müəyyən edilsə də basdırılmayıblar. Ermənistanın Səhiyyə Nazirliyi bəyan edir ki, döyüşdən 4 il keçsə də, müharibə qurbanlarının valideynləri DNT araşdırmasının nəticələrini rədd edirlər",- nəşr yazıb.
"Mənə oğlumun üç ayağını veriblər" - Erməni əsgər atası |
Məqalədə bir sıra maraqlı sitatlara da yer ayrılıb. Müəllif xatırladıb ki, 2023-cü ildə itkin düşənlərin yaxınları ilə mütəmadi olaraq görüşən Milli Assambleyanın İnsan Hüquqlarının Müdafiəsi daimi komissiyasının sədri Taqui Tovmasyan şok açıqlamalar vermişdi: “Biz elə reallıqlarla üzləşirik ki, sadəcə dəhşətə gəlirsən. İnsanlara cəsəd qalıqları veriblər. Məsələn, üç əl təqdim olunub və deyiblər bax bu üçüncü əl də sənin oğlunundur, götür, basdır! Valideynlərdən birinin 1,82 metr boyu olan oğlu var. Oğlan 43 ölçülü ayaqqabı geyinirmiş. Ata-anaya isə daha kiçik boylu-1,60 m hündürlükdə olan insana aid DNT nümunələri verilib. Onlara deyiblər ki, belə bir vəziyyətə, reallığa uyğunlaşmalısınız, bu qalıqların sizin uşağınız olmasını qəbul edin. Başqa sözlə, identifikasiya sahəsində sadəcə sürrealizmin təzahürü olan hadisələr baş verir”.
Məqalə müəllifi də Tovmasyan kimi iddia edir ki, valideynlərin DNT testinin nəticələrinə inanmamasının səbəbləri reallığı əks etdirir: "Bəli, səbəblərdən biri hərbi qulluqçunun fiziki xüsusiyyətləri ilə dövlətin müəyyən etdiyi cəsəd qalıqları arasında aşkar fərqin olmasıdır. Bundan başqa, elə hallar olub ki, valideynlər istintaq zamanı oğlunun əsir götürüldüyünü öyrənsələr də, onun adı Azərbaycanda saxlanılan əsirlər siyahısında olmayıb".
Xatırladaq ki, müharibədən iki il sonra narazı valideynlərdən birinin jurnalistlərə oxşar mövzuda açıqlama verərək tragikomik faktları ortaya qoymuşdu. 44 günlük müharibədə itkin düşən əsgərin atası deyib ki, ona DNT analizləri əsasında cəsəd qalıqları veriblər. Tabutdan isə yalnız üç ayaq çıxıb.
Tural Tağıyev
AzVision.az