Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilib

Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilib
  30 Sentyabr 2024    Oxunub:668
Azərbaycanın turizm imkanları 26-29 sentyabrda Yaponiyanın paytaxtı Tokioda keçirilən “Yaponiya Expo Turizm” (Tourism Expo Japan 2024) sərgisində tanıdılıb.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, sərgidə iştirakın məqsədi turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilmək, eləcə də turizm agentliklərinin dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq əlaqələrini formalaşdırmaqdır.

Sərgi iştirakçılarına Azərbaycanın mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilib.

Azərbaycan Turizm Bürosunun nümayəndələri və yerli tərəfdaşların iştirakı ilə Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil edilib, əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sərgidəki milli stendi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ziyarət edərək sərginin gedişatı ilə tanış olub. Bu ilin yanvar-avqust aylarında Yaponiyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60 %-dən çox artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti