Daha 10 ölkənin idmançıları Bakıda - Fotolar

Daha 10 ölkənin idmançıları Bakıda - Fotolar
  09 İyun 2015    Oxunub:4442
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Serbiya, Bolqarıstan, Yunanıstan, Belçika, Almaniya, Lixtenşteyn, İslandiya, İsveç, Xorvatiya və Sloveniya idmançıları Azərbaycana gəlib.
Onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

“Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.
(Apa)

Qalereya




Teqlər:  





Xəbər lenti