Dünyanın ən bahalı futbol klubu

Dünyanın ən bahalı futbol klubu
  09 İyun 2015    Oxunub:1774
“Brand Finance” konsaltinq şirkətinin hazırladığı hesabata əsasən, Britaniyanın “Manchester Yunayted” klubu dünyanın ən bahalı futbol klubları siyahısında son zamanlaradək 1-ci yeri tutmuş “Bayern Munhen” klubunu geridə qoyaraq "ən bahalı futbol brendi" adını qazanıb.
Bu barədə BBC telekanalı məlumat yayıb.

Məlumata görə, ardıcıl olaraq iki futbol mövsümündə heç bir futbol mükafatı qazanmadığına baxmayaraq, “Manchester Yunayted” brendinin dəyəri artaraq 1.2 milyard dollara çatıb.

Dünyanın ən bahalı 10 futbol klubundan 6-ı İngiltərə klublarıdır.

Şənbə günü futbol üzrə Çempionlar Liqasının kubokunu qazanmış “Barselona” klubu ötən mövsümlə müqayisədə iki pillə geriləyərək 773 milyon dollarlıq aktivlərlə 10 ən varlı futbol klubu arasında 6-cı yerdə qərarlaşıb.


Teqlər:





Xəbər lenti