Türkiyə idmançıları Azərbaycana gəlib

Türkiyə idmançıları Azərbaycana gəlib
  08 İyun 2015    Oxunub:1844
Avropa Oyunlarında iştirak edəcək Türkiyə idmançıların ilk qrupu Azərbaycana gəlib.
AzVision.az xəbər verir ki, Beynəlxalq Hava Limanında Türkiyədən gələn idmançıların qarşılanma mərasimində jurnalistlərə müsahibə verən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, ilk Avropa Oyunlarında Türkiyədən təxminən 200 idmançı iştirak edəcək.

Avropa Oyunlarının təşkili üçün Bakıya təşəkkür edən səfir deyib ki, `Bakı-2015`-ə uzun zamandır ciddi hazırlıq aparılır:

`Ümid edirəm ki, Bakı 2015 Avropa Oyunları Azərbaycanın və Türkiyənin qürur duyduğu bir tədbir olacaq. Azərbaycan bir daha dünyaya sübüt edəcək ki, o belə möhtəşəm tədbirlər keçirməyə qadirdir`.


Teqlər:  





Xəbər lenti