“Heç kim 100 milyona dəyməz” -UEFA prezidenti

“Heç kim 100 milyona dəyməz” -UEFA prezidenti
  07 İyun 2015    Oxunub:2156
UEFA-nın prezidenti Mişel Platini həmyerlisi Pol Poqba haqqında fikirlərini bildirib.
Apasport.az saytının məlumatına görə, “SKY Sport İtalia”ya açıqlama verən məşhur funksioner Poqbanın da Varane kimi yaxşı futbolçu olduğunu deyib:

“Poqba Fransa futbolunun gələcəyidi. Bilmirəm o, gələcək mövsüm də “Yuventus”da qalacaqmı. O da, Varane də əla futbolçulardı, ancaq çox gəncdilər”.

Gənc futbolçunun mümkün transfer qiyməti haqqında da danışan Platini maraqlı fikirlər səsləndirib:

“Heç bir futbolçu 100 milyona dəymir, ancaq kiminsə pulu varsa, xərcləyə bilər”.


Teqlər:  





Xəbər lenti